`Ölkədə oğlan qıtlığı yarana bilər` - Millət vəkili

`Ölkədə oğlan qıtlığı yarana bilər` - Millət vəkili
  17 Dekabr 2015    Oxunub:2777
“Mətbuatda məlumat yayılıb ki, ölkədə qız valideynlərinin mükafatlandırılması üçün yeni sistem tətbiq ediləcək. Sistemə əsasən, dövlət ikinci doğulan qız uşaqları üçün valideynlərə 10 min manat verəcək. Ehtiyat edirəm ki, bu yenilik əks effekt verəcək”.
AzVision.az-ın məlumatına görə, bu fikirləri millət vəkili Aydın Mirzəzadə bildirib.

Deputat qeyd edib ki, ultrasəs müayənəsindən sonra bəzi ailələr ikinci qız, daha doğrusu 10 min manat arzusu ilə oğlan döllərini məhv etməyə başlayacaqlar.

“Bununla da ölkəmizdə 10 illiklərdən sonra ciddi surətdə oğlan (kişi) qıtlığı yarana bilər. Bu isə öz növbəsində ərə gedə bilməyən qızlar, çatışmayan əsgərlər, yaranmayan ailələr və doğulmayan uşaqlar, mənəviyyat prinsiplərin pozulması halları deməkdir. Ona görə də ikinci qız olmağa həvəsləndirməyə deyil, cəmiyyətdə maarifləndirməyə daha böyük önəm vermək lazımdır”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti