Bakıda güclü yanğın: 15 nəfər təxliyə olunub

Bakıda güclü yanğın: 15 nəfər təxliyə olunub
  17 Dekabr 2015    Oxunub:2221
Bu gün Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 1 otağının, eyvanının yanar konstruksiyaları və ev əşyaları 23 kv.m sahədə yanıb.
AzVision.az FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilib və 15 nəfər bina sakini təxliyə olunub. Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə edilib.

Yanğın saat 14:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  



Xəbər lenti