Yeni “ASAN” tikilir - Prezidentdən 9 milyonluq sərəncam

Yeni “ASAN” tikilir - Prezidentdən 9 milyonluq sərəncam
  17 Dekabr 2015    Oxunub:5445
Azərbaycan prezidenti İlham Əliyev Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az -ın məlumatına görə, Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisinin sürətləndirilməsi məqsədi ilə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Masallı rayonunda regional “ASAN xidmət” kompleksinin tikintisi üçün 9,0 (doqquz) milyon manat ayrılıb.


Teqlər:  



Xəbər lenti