Səməd Seyidov Rusiyaya gedir

Səməd Seyidov Rusiyaya gedir
  17 Dekabr 2015    Oxunub:1885
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dekabrın 18-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcək.
Bu barədə Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a məlumat verilib.

Deputat Rusiya Dövlət Dumasında həmkarları ilə bir sıra görüşlər keçirəcək.

Görüşlərdə Azərbaycan və Rusiya parlamentləri arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi, qanunvericilik sahəsində informasiya, təcrübə mübadiləsi, deputatlarımızın beynəlxalq təşkilatlarda əməkdaşlığı və digər aktual məsələlər müzakirə olunacaq.

Səfər dekabrın 20-də başa çatacaq.

AzVision.az


Teqlər:  



Xəbər lenti