`ABŞ Səfirliyi izahat verməlidir` - Parlamentdən tələb

`ABŞ Səfirliyi izahat verməlidir` - Parlamentdən tələb
  18 Dekabr 2015    Oxunub:3013
Azərbaycan Milli Məclisi ABŞ-ın ölkəmizdəki səfirliyindən Kris Smitin Konqrensə təqdim etdiyi qanun layihəsi barədə izahat verməyi tələb edib.
AzVision.az-ın məlumatına görə, belə bir bəyanatla Milli Məclisin sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O, səfriliyi bu barədə jurnalistlərə açıqlama verməyə çağırıb: “Səfirilik jurnalistlərə açıqlama versin. Qoy, bilək bu məsələnin kökündə nə dayanır. Bu, ABŞ-ın mövqeyidir, yoxsa ermənilərin əlaltısı olan adamın fikrləridir. Ona görə də bu məsələyə səfrilik dərhal izahat verməlidir”.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti