Bakıda bədbəxt hadisə baş verib

Bakıda bədbəxt hadisə baş verib
  18 Dekabr 2015    Oxunub:1630
Bakı şəhər Prokurorluğu Yasamalda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb.
Prokurorluqdan AzVision.az- a daxil olan məlumatda bildirilir ki, dekabrın 17-də saat 11 radələrində 1998-ci il təvəllüdlü, 1 saylı Bakı Tibb Kollecinin tələbəsi Esmira Əhmədova Səhiyyə Nazirliyinin paytaxtın Yasamal rayonunda yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin inzibati binasının 9-cu mərtəbəsindən yük liftinin şaxtasına yıxılaraq 1-ci mərtəbədə dayanmış vəziyyətdə olan liftin üzərinə düşüb. E.Əhmədova aldığı xəsarətlərlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Teqlər:  



Xəbər lenti