Suriyalı qaçqınlar Bakıya da gəlib çıxdı
Ekspert hesab edir ki, Bakıya gələn suriyalı qaçqınlar Azərbaycanı dini mənsubiyyət yaxınlığına görə seçdiklərini bildiriblər: “Amma ərəb ölkələrindən Azərbaycana adətən müraciətlər daxil olmur. Ərəb ölkələrindən olan qaçqınlar əsasən dil baxımından yaxın ölkələrə gedirlər. Ölkəmizə isə daha çox Əfqanıstan, Çeçenistan, Pakistan, İran və İraqdan qaçqınlar gəlir”.
Hazırda Azərbaycanda bu ölkələrdən 1600-dək qaçqın var. Onların əksəriyyəti Əfqanıstan və Çeçenistandan gəlib.
Xatırladaq ki, beynəlxalq güclərin Suriyada başlatdığı amansız müharibədən sonra bu ölkəni yüz minlərlə insan tərk edib. Onların mütləq əksəriyyəti Avropa ölkələrinə səpələnib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


