Həcc ziyarətinin qaydaları dəyişəcək - QMİ
Səudiyyə Ərəbistanının Həcc Məsələləri üzrə Nazirliyi artıq Azərbaycan da daxil omaqla həcc ziyarəti təşkil edən bütün ölkələrə rəsmi şəkildə müraciət edib. Bunu ans-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.
"Bu məsələdən xəbərdarıq. Artıq bizim də səlahiyyətli nümayəndəmiz Səudiyyə Ərəbistanına dəvət alıb. Görüş yanvar ayının əvvəllərində baş tutacaq, tarixi onlar müəyyənləşdirəcəklər. Bizdə olan məlumata görə, həcc ziyarətinin yeni qaydalarla təşkili orada qərara alınacaq. Yəni həcc ziyarətinin qiyməti, ziyarətə gələnlərin sığortası, yerləşdirilməsi - bütün bu qaydalar yenilənəcək və yekunda protokol imzalanacaq. Heç şübhəsiz, bütün dövlətlər kimi biz də bu protokolla tanış olub qərar verəcəyik".
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


