Gəncədə silahlı basqın - İş adamı başından vuruldu

Gəncədə silahlı basqın - İş adamı başından vuruldu
  20 Dekabr 2015    Oxunub:3760
Gəncədə valyutadəyişmə məntəqəsinin sahibi başından vurulub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, hadisə saat 00.30 radələrində şəhərin Dədə Qorqud küçəsində qeydə alınıb. Sözügedən küçədə valyutadəyişmə məntəqəsi olan, 1971-ci il təvəllüdlü Kəmaləddin Əliyev işlədiyi obyektin qarşısında iti alətlə başından vurulub.

Xəsarət alan yaralı başın kəsilmiş-çapılmış xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

K.Əliyev onu vuran şəxsin 25 min manat pulunu apardığını bildirib.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

AzVision.az


Teqlər:



Xəbər lenti