Əfqanıstan prezidenti Bakıdadır

Əfqanıstan prezidenti Bakıdadır
  22 Dekabr 2015    Oxunub:1496
Dekabrın 22-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini aeroportda Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.


Teqlər:  





Xəbər lenti