“Azərbaycanla birlikdə güclü olacağıq” - Belarus səfiri

“Azərbaycanla birlikdə güclü olacağıq” - Belarus səfiri
  22 Dekabr 2015    Oxunub:1934
“2015-ci il Azərbaycan-Belarus münasibətləri üçün məhsuldar olub”.
AzVision.az xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun szölərinə görə, ötən ilin əsas hadisəsi prezident İlham Əliyevin Belarusa səfəri olub:

“İlham Əliyevin Belarusa səfəri çərçivəsində Minskdə böyük biznes forum keçirilib. Ölkələr strateji tərəfdaşlığı möhkəmləndirən sənədlər imzalayıblar. Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanda keçirilən Avropa oyunlarının açılışında iştirak edib. Bu idman yarışı əsl mehribanlıq simvolu olub”.

Səfir həmçinin 2015-ci ilin Azərbaycan-Belarus parlamentlərarası münasibətlərin inkişafı baxımından məhsuldar olduğunu deyib: “Bu il Belarusda prezident seçkiləri, Azərbaycanda isə parlament seçkiləri keçirilib. Belarus Azərbaycanda Milli Məclisə keçirilən seçkilərə böyük nümayəndə heyəti göndərib. Beynəlxalq təzyiqlərə baxmayaraq, seçkilər açıq və azad şəraitdə baş tutub. İqtisadi uğurlar iki ölkənin münasibətləri üçün əsas təşkil edir.

Biz həmişə birlikdə güclü olacağıq. İki ölkənin iqtisadiyyatı bir-birinə bağlıdır və bir-birini tamamlayır”.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti