Xəzərin çirklənməsi ilə bağlı rəsmi açıqlama
Neft məhsullarının qatılığının normadan nisbətən çox olduğu (norma 0,05 mq/l, faktiki 0,11 mq/l) müəyyən edilib ki, bu da baş vermiş qəzanın həcminə görə minimum həddir.
Mütəxəssislərin Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası göstərir ki, qeyd olunan çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir. Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur və digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnologiyalardan istifadə edilir və buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.
Dənizdə 200-300 km2 ərazinin neft ləkəsi ilə örtülü olması barədə yayılan fantastik məlumatların isə baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur.
Fəzadan çəkilən şəkillər və nazirliyin mütəxəssislərinin apardığı təhlil və müşahidələr də bu iddianı təsdiq etmir. Atmosfer havasından götürülən nümunələrdə isə havaya karbon və azot oksidlərinin atıldığını təsdiq edir”.
Ekspedisiya Qrupu müşahidələri davam etdirilir, müntəzəm olaraq nümunələr götürülür.







Vaxtında, Aydın, Lazımlı!


