Tural Abbaslı Arif Hacılını tənqid etdi

Tural Abbaslı Arif Hacılını tənqid etdi
  22 Dekabr 2015    Oxunub:1559
"Müsavatın uğur əldə edəcəyinə qətiyyən inanmıram"
“Müsavat partiyasının rəhbərliyi gözəl bilir ki, mən pafoslu çıxışlar etmirəm. Tənqidi ədalətli və yerində edirəm”. AzVision.az-ın məlumatına görə, bu fikirləri SİA-ya Müsavat partiyasının keçmiş Divan üzvü Tural Abbaslı ona qarşı partiya rəhbərliyinin irəli sürdüyü ittihamlarını cavablandırarkən deyib.

T. Abbaslı bildirib ki, onun tənqidi fikiləri qarşı tərəfin qıcıqlanmasına səbəb olur: “Dolayısı ilə belə arqumentli tənqid onların səriştəsizliyini və bacarıqsızlığını ifşa etmiş olur. Odur ki, onlar bunun belə olmadığını və bizim guya ki, qərəzli olduğumuzu sübut etmək üçün canfəşanlıq edirlər. Əslində isə hər şey göz qabağındadır və hamı həqiqətləri bilir. Sadəcə olaraq özlərində iradə tapıb bu nöqsanları aradan qaldırmağa çalışmalıdırlar. Bunlar isə imitasiyanı davam etdirirlər”.

“Odur ki, biz onların hansısa uğur əldə edə biləcəklərinə qətiyyən inanmırıq. Hazırda özümüzün real siyasi mübarizəyə hesablanmış təşkilatımızı yaratmaq üzrə işlərimizi davam etdiririk”, - deyə T. Abbaslı qeyd edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti