Devalvasiya xəstəxanalara necə təsir edəcək?

Devalvasiya xəstəxanalara necə təsir edəcək?
  22 Dekabr 2015    Oxunub:3521
“Dolların məzənnəsinin dəyişməsi heç bir dövlət xəstəxanasına təsir göstərə bilməz”.
AzVision.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib. Onun sözlərinə görə, xəstəxanalar öz təlabatlarını gündəlik deyil, ilin əvvəlində və ortasında təmin ediblər:

“Dövlət səhiyyə müəssisələrində xidmət pulsuzdur, ancaq özəl müəssisələrdə belə deyil. Özəl tibb müəssisələri isə qanunlarla fəaliyyət göstərirlər. Yəni, onlar ixracdan asılı iş görmürlər. Ona görə də yalnız gətirdiyi ləvazimatların qiymətində yəqin ki, dəyişiklik olanda gələcəkdə öz xidmət haqlarına yenidən baxa bilərlər”.

O, həmçinin qeyd edib ki, dolların məzənnəsinin artması ilə əlaqədar hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər: “Lakin hazırda Sahiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə çalışır ki, dərman bazarında qıtlıq müşahidə edilməsin və bəzi preparatların satışı dayandırılmasın”.

Gültəki Ələsgər


Teqlər:  



Xəbər lenti