“Günəşli” yatağında son vəziyyət necədir?
Bu barədə AzVision.az-a “Azneft” İstehsalat Birliyindən (İB) məlumat verilib.
Bildirilib ki, axtarışlar hələlik heç bir nəticə verməyib.
Qeyd olunub ki, hazırda “Günəşli” yatağında yanğın davam edir və yanğının söndürülməsi ilə Fövqəladə Hallar Nazirliyinin 2 gəmisi məşğuldur. Həmçinin FHN-nin 1 gəmisi yanğının söndürülməsi üçün gözləmə mövqeyindədir. ABŞ-dan gələn mütəxəssislərin xüsusi qurğuları quraşdırılıb və işlər aparılır.
Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağında faciə baş verib. Hadisə zamanı 33 nəfər xilas edilib, 7 nəfər həlak olub.
Hazırda 23 nəfərin axtarışı davam etdirilir.
Anar Kəlbiyev
Teqlər: