Bu il neçə məktəb tikilib?

Bu il neçə məktəb tikilib?
  25 Dekabr 2015    Oxunub:1530
Təhsilin keyfiyyətinin yüksəldilməsində tədris ocaqlarının müasir tələblərə uyğunlaşdırılması, yeni təhsil müəssisələrinin inşası və əsaslı təmiri mühüm amildir. Bu baxımdan Təhsil Nazirliyinin gördüyü işlər, 2015-ci ilin yekun statistikası da maraqlıdır.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, 2015-ci ildə ölkə üzrə 19 ümumi təhsil müəssisəsi, 7 internat məktəb, 2 ali təhsil, 4 orta ixtisas təhsili, 3 ilk peşə-ixtisas təhsili, 2 məktəbdənkənar təhsil müəssisəsində tikinti, əsaslı təmir və ya yenidənqurma işləri aparılıb.

Həmçinin, 72 təhsil müəssisəsində cari təmir işləri, 1 təhsil müəssisəsində abadlaşdırma işləri, 112 təhsil müəssisəsində kommunikasiya şəbəkəsinin yenilənməsi işləri başa çatdırılıb, eləcə də 12 təhsil müəssisəsi qazlaşdırılıb.


Teqlər:  



Xəbər lenti