Xarici kəşfiyyata işləyən 7 azərbaycanlı tutulub
Bundan başqa, il ərzində 4 011 nəfər axtarışda olan şəxs tutulub, 269 nəfər saxta, 30 nəfər özgəsinin sənədi ilə və 20 nəfər gizli şəkildə sərhəd nəzarəti məntəqələrindən keçməyə cəhd edərkən saxlanılıb.
Eyni zamanda Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə bu il dövlət sərhədində xarici xüsusi xidmət orqanları ilə əlaqədə şübhəli bilinən 7 Azərbaycan vətəndaşı və 1 əcnəbi tutulub.
Məxfi əməkdaşlığa cəlb olunmuş 2 Azərbaycan vətəndaşı müəyyən olunub, xaricdə münaqişə zonalarında döyüşmüş 11 Azərbaycan vətəndaşı saxlanılıb. Qanunsuz miqrasiya, qaçaqmalçılıq, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 16 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirildiyi də diqqətə çatıdırlıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


