Bəzi tələbələr təhsil haqqından azad edildi

Bəzi tələbələr təhsil haqqından azad edildi
  26 Dekabr 2015    Oxunub:3476
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.
UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən AzVision.az-a verilən məlumata görə, qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib. Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.

AzVision.az



Teqlər:



Xəbər lenti