Gizli patrulların DYP-yə nə xeyri var?
DYP rəsmisi qeyd edib ki, son günlər qəzalarda ölüm sayı bir qədər azalıb.
Gizli patruxl xidməti ilə cərimələnən sürücülərin sayına gəlincə, K.Əliyev bildirib ki, onların cərimələnməsi ayrıca hesablanmır: “Bütün qayda pozuntuları mərkəzi informasiya sisteminə ötürüldüyü üçün bunların hamısı ümumi qayda pozmalarla birlikdə qeydə alınır. Bunu yalnız ayın sonunda demək mümkün olacaq”.
Qeyd edək ki, dekabr ayının əvvəlindən ölkəmizdə yol polisinin gizli xidməti işə başlayıb. Ümumiyyətlə gizli yol polis xidməti dünya təcrübəsində də var. Hətta bu yaxınlarda Rusiyada da bu xidmət fəaliyyətə başlayıb.
Xatırladaq ki, bu ilin 11 ayı ərzində respublikanın avtomobil yollarında 2033 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş vermiş qəzalarda 816 nəfər həlak olub, 2069 nəfər xəsarət alıb. Bu müddət ərzində 837 qəza piyadaların vurulması nəticəsində baş verib. Nəticədə 302 piyada ölüb, 612 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


