Metro istifadəçilərinə şad xəbər

Metro istifadəçilərinə şad xəbər
  28 Dekabr 2015    Oxunub:3599
Bu gün metronun “Elmlər Akademiyası” stansiyasının ikinci çıxışının açılışı olacaq.
Bunu AzVision.az-a açıqlamasında Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, bu saatlarda stansiyanın ikinci çıxışı sərnişinlərin istifadəsinə veriləcək.

Açılışa prezident İlham Əliyevin gəlişi də gözlənilir.

Qeyd edək ki, stansiyanın yeni 4 giriş-çıxışı inşa olunub. Çıxışların 2-də müasir eskalator quraşdırılıb. Stansiyanın çıxışlarından biri Bakı Dövlət Universitetinin qarşısına (Z.Xəlilov küç), ikincisi Mətbuat prospektinə, digər ikisi isə Bəxtiyar Vahabzadə küçəsinə çıxacaq. Həmçinin 3 istiqamətə yönələn çıxışlar piyadalar üçün ərazidə yeraltı keçid rolunu oynayacaq.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti