Azərbaycanın 2016-cı il üçün Qarabağ planı
Baş nazirinin müavini deyib ki, Minsk qrupu ədalətin bərpa olunması, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün səmərəli fəaliyyət göstərə bilməyib. Ancaq Azərbaycan danışıqlar prosesindən son ana qədər istifadə etməklə prinsiplərindən geri çəkilməyəcək. YAP rəsmisi son vaxtlar cəbhədə yaranan gərginliyə də münasibətini bildirib:
“Cəbhə xəttində Ermənistan hərbçilərinin təxribat cəhdlərinin artması Azərbaycan Milli Ordusunun güclənməsi ilə əlaqədardır. Düşmən Azərbaycanın mövqelərini yoxlamaq üçün təxribatlara əl atır. Hər dəfə də Azərbaycan Ordusunun layiqli cavabını alıb”.
Ə.Əhmədov, həmçinin vurğulayıb ki, cəbhədə gərginliyin artması geopolitik vəziyyətlə də bağlıdır: “Regionda baş verən proseslər də bütövlükdə gərginliyin artmasına gətirib çıxarıb. Digər maraqlı tərəflər də bu proseslərdən faydalanmağa çalışırlar”.







Vaxtında, Aydın, Lazımlı!


