Rayonlara qar yağacaq
Sabah paytaxtda şimal-şərq küləyi gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 10-15, Bakıda gecə 4-6, gündüz 12-15 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Bəzi şərq rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 7 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


