Parlamentdən erməni hücumu ilə bağlı açıqlama

Parlamentdən erməni hücumu ilə bağlı açıqlama
  28 Dekabr 2015    Oxunub:2115
Azərbaycanın Milli Məclisi rəsmi saytının erməni haker qrupu tərəfindən dağıdılması barədə məlumatlara münasibət bildirib.
Parlamentdən AzVision.az- a verilən xəbərə görə, dekabrın 27-də Ermənistanın bəzi kütləvi informasiya vasitələrində "Armenian Cyber Army" haker qrupu tərəfindən saytın sındırıldığı barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Qeyd edilib ki, əslində həmin gün Ermənistan hakerləri tərəfindən Milli Məclisin saytına qarşı edilmiş müxtəlif pozuculuq məqsədli cəhdlər nəticə verməyib, sistemə heç bir zərər vurulmayıb. Bu hücumlar zamanı sistemdə çalışan mühafizə proqramı işə düşərək, sayta girişi mühafizə məqsədi ilə qısa müddətdə məhdudlaşdırıb və sonradan sistem adminstratoru tərəfindən bərpa edilib.

`Həm inzibati, həm də texniki imkanlarımız bu cür hücumların vaxtında qarşını almağa imkan verir. Saytın qoruyucu sistemləri bu cür məkrli cəhdləri neytrallaşdırmağa qadirdir. Belə hərəkətlərlə Milli Məclis saytının fəaliyyətinə hər-hansı bir təsir göstərmək qeyri-mümkündür`.

AzVision.az


Teqlər:  



Xəbər lenti