Beynəlxalq Bankdan bomba açıqlaması

Beynəlxalq Bankdan bomba açıqlaması
  28 Dekabr 2015    Oxunub:2700
Azərbaycan Beynəlxalq Bankının (ABB) Quba filialına bomba qoyulması barədə məlumat yalandır.
AzVision.az xəbər verir ki, bunu Trend-ə ABB-dən deyiblər.

Bankdan bildiriblər ki, filial artıq normal iş rejiminə qayıdıb: "Bu gün naməlum şəxs banka zəng edərək ABB-nin Quba filialına bomba qoyulması barədə məlumat verib. Bankın təhlükəsizlik xidməti hüquq-mühafizə orqanlarını məlumatlandırıb. Görülmüş işlər nəticəsində bomba barədə məlumat təsdiqini tapmayıb".

ABB-dən bildiriblər ki, hazırda zəngin haradan daxil olduğu araşdırılır.

AzVision.az


Teqlər:  



Xəbər lenti