Milli Məclisin son iclası- 28 məsələyə baxılacaq

Milli Məclisin son iclası- 28 məsələyə baxılacaq
  29 Dekabr 2015    Oxunub:3183
Bu gün Azərbaycan Milli Məclisinin 2015-ci ildə son iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasının gündəliyinə 28 məsələ daxildir.

Belə ki, son iclasda İnzibati Xətalar Məcəlləsində, Əmək Məcəlləsində, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Fövqəladə Hallar orqanlarında xidmət keçmək haqqında”, “Polis haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” “Prokurorluq orqanlarında qulluq keçmək haqqında”, “Avtomobil yolları haqqında”, “Təhsil haqqında”, “KİV haqqında” və digər qanunlara dəyişikliklər ediləcək.

“Publik şəxslər haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:



Xəbər lenti