Parlamentin sonuncu iclası başladı

Parlamentin sonuncu iclası başladı
  29 Dekabr 2015    Oxunub:1600
Milli Məclisinin sonuncu plenar iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 28 məsələ daxildir.

Belə ki, son iclasda İnzibati Xətalar Məcəlləsində, Əmək Məcəlləsində, “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Fövqəladə Hallar orqanlarında xidmət keçmək haqqında”, “Polis haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” “Prokurorluq orqanlarında qulluq keçmək haqqında”, “Avtomobil yolları haqqında”, “Təhsil haqqında”, “KİV haqqında” və digər qanunlara dəyişikliklər ediləcək. “Publik şəxslər haqqında” qanun layihəsi II oxunuşda müzakirəyə çıxarılacaq.

Həmçinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin müraciəti təsdiq ediləcək.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti