Bildirilib ki, həmin insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Bu sahədə aparılan işlərin davamı kimi, cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Tərtər rayonunda 54 mənzilli yaşayış evi, 11 rayonda 82 fərdi yaşayış evi, Abşeron rayonunda, Gəncə və Mingəçevir şəhərlərində hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş 145 mənzil, yəni ümumilikdə 281 mənzil müharibə əlilləri və şəhid ailələrinə təqdim olunub. Eyni zamanda, Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakının Nərimanov rayonunda 132 mənzilli yaşayış binası gözdən əlil şəxslərin istifadəsinə verilib. Əlil və şəhid ailələrinə təqdim edilən bütün mənzillərdə normal yaşayış üçün hər bir şərait yaradılıb.
Vurğulanıb ki, dövlət başçısı tərəfindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli Sərəncam imzalanması müharibə əlilləri və şəhid ailələrinin mənzillərlə təminatına diqqət və qayğının növbəti ifadəsidir. Sərəncama əsasən, bu məqsədlə Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat ayrılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


