Metro 1-ə kimi işləyəcək

Metro 1-ə kimi işləyəcək
  30 Dekabr 2015    Oxunub:1723
Bakı metrosu dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gecə saat 01:00-dək işləyəcək.
Bunu AzVision.az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Qurum rəsmisinin sözlərinə görə, metro sabah adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək: “Sabah metro gücləndirilmiş iş rejimində çalışacaq. Çünki Yeni il gecəsi Bakı Şəhər İcra Hakimiyyəti Dənizkənarı Milli Parkda bayram münasibətilə atəşfəşanlıq təşkil edəcək. Metropoliten də bunu nəzərə alaraq sakinlərin rahatlığını təmin etmək məqsədilə belə bir addım atacaq. Əgər sərnişin sıxlığı olsa, vaxt uzadıla bilər”.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti