`Yeni Hayat`dan evsizlərə unikal təklif - FOTOLAR

`Yeni Hayat`dan evsizlərə unikal təklif - FOTOLAR
  29 Fevral 2016    Oxunub:8646
Yeni Hayat Şirkətlər Qrupu jurnalistləri öz layihələri yaxından tanış edib.
AzVision.az-ın məlumatına görə, ötən gün Yeni Hayat Şirkətlər Qrupu press-turun keçirilməsini təşkil edib.

Tədbirin məqsədi müxtəlif KİV nümayəndələrinin Yeni Hayat Şirkətlər Qrupu MMC-nin layihələri ilə tanış edilməsi və ictimaiyyətin şirkətin ümumi fəaliyyəti haqqında məlumatlandırılması olub.

Tədbir zamanı şirkət layihələrinin tikintisində görülən işlərin müasir səviyyəsi nümayiş etdirilib, ən yeni mühəndislik texnologiyalarının tətbiqinin prioriteti vurğulanıb. Yüksəldilən yaşayış komprleksinin nümunəsi olaraq Grand Hayat inşaat meydançasında aparılan işlərin prossesi əyani şəkildə nümayiş olunub.



Paytaxtın nüfuzlu yaşayış sahəsində inşa edilən Grand Hayat Tiblisi prospekti, 1054 ünvanında yerləşir. Press-tur zamanı bildirilib ki, kompleksin ərazisində 24 yaşayış mərtəbəli 10 təkbloklu bina tikilir. Kompleks müasir və rahat həyat üçün tələb olunan hər bir elementlə təchiz olunub: burada azyaşlı uşaqlar üçün təhsil mərkəzi yaxud uşaq bağçası, əyləncə mərkəzi, qadın və kişi SPA salonları, fitness məkəzləri və hovuzlar, kafe və restoranlar, həmçinin hipermarket fəaliyyət göstərəcək. Yeraltı avtodayanacaq sakin və qonaqların avtomobillərini rahat şəkildə yerləşdirilməsini təmin edəcək.

Jurnalistlər həmçinin Grand Hayat layihəsində mənzillərin satış şərtləri haqqında məlumatlandırılıblar. Satış qrupunun rəhbəri Pərviz Hüseynov jurnalistlərə bildirib ki, bu gün Grand Hayat-da mənzil almaq istəyənlərin bir çoxu ipoteka kreditini seçirlər: “20-illik ipoteka şərtlərinə görə, ilkin ödəniş ümumi məbləğin 10%-i olmaqla illik 8%, effektiv faiz dərəcəsi isə 4,4% təşkil edir. Mənzillərin satış qiymətləri 950 manatdan başlayır. Təqdim edilən qiymətlər və rahat kredit şərtləri orta aylıq gəlirli ailələrə də paytaxtın mərkəzində mənzil əldə etmək imkanını verir”.



Ekskursiya zamanı KİV nümyəndələri həmçinin Yeni Hayat-ın digər layihələri ilə də tanış olublar: Azure Kompleks, Park Azure, Yeni Hayat Plaza, Yeni Hayat Residence, Hayat Towers.

2002-ci ildə yaradılan, öz yenilikçi ideaları və novatorluğu ilə fərqlənən Yeni Hayat Şirkətlər Qrupu MMC bu gün Azəbaycanın tikinti bazarında ən öncül şirkətlərdən biridir. Tam spektrda xidmət göstərən Yeni Hayat Şirkətlər Qrupu MMC , memari layihələrin yaradılması, mühəndislik hesablamaların aparılması, innovativ texnologiyalar, materiallar və unikal istehsalat imkanlarının istifadəsiylə aparılan tikinti işlərindən başlayaraq interyer və landşaft dizaynına qədər istənilən müəkkəblikdə məsələləri həll edir. Yeni Hayat Plaza, Yeni Hayat Residence, Azure Kompleks, Park Azure, Grand Hayat kimi müasir memarlıq nümunləri, eləcə də Megafun və 7 S brendləri Yeni Hayat Şirkətlər Qrupuna məxsusdur.



Hafiz Əhmədov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti