`Türkiyə-Azərbaycan dostluğundan narahatdırlar`

`Türkiyə-Azərbaycan dostluğundan narahatdırlar`
  15 Mart 2016    Oxunub:2182
Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Aydın Mirzəzadə Azərbaycan prezidentinin Türkiyəyə səfərindən bəhs edib.
Millət vəkili bildirib ki, Türkiyə prezidentinin Azərbaycan səfəri ərəfəsində Türkiyədə partlayışların törədilməsi şübhələr yaradır.

A.Mirzəzadənin fikrincə, bu, onu göstərir ki, hədəfdə tək Türkiyə deyil, həm də Türkiyə-Azərbaycan dostluğudur.

“Müəyyən dairələr bu ölkələrin dostluğundan çox narahatdılar. Bununla belə cənab prezident bu görüşün təxirə salınmaması üçün Türkiyəyə getdi. İlham Əliyevin bu addımı Türkiyədə yüksək qiymətləndirilir. Bütün dünya bilməlidir ki, Türkiyənin dərdi bizim dərdimizdir. Həmçinin onların uğuru da bizim uğurumuzdur. Azərbaycan hər zaman Türkiyənin yanında olacaq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti