Lisenziyaların sayı 300-dən 80-ə endirildi

Lisenziyaların sayı 300-dən 80-ə endirildi
  15 Mart 2016    Oxunub:2343
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə olunub.
AzVision.az xəbər verir ki, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə bildirib ki, ikinci oxunuşdan sonra kifayət qədər araşdırılan qanun layihəsi üzərində ətraflı işlənilib, xeyli təkliflər nəzərə alınıb:

“Sizə təklif edilən qanun layihəsində 32 sahədə 78 istiqamət üzrə lisenziya nəzərdə tutulub ki, bu da əvvəlki variantdan iki dəfə azdır. Eyni zamanda, bank, sığorta ilə bağlı lisenziyalar Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilib. Beləliklə, lisenziyalar azaldılıb. Başqa sözlə, 23 sahədə 80 istiqamət üzrə lisenziyalar qalıb. Əvvəlki layihədə 300-dən yuxarı icazələr nəzərdə tutulmuşdu, indi bu icazələrin sayı 80-ə endirilib”.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  






Xəbər lenti