Sürücülük vəsiqələrimiz Türkiyədə tanınacaq

Sürücülük vəsiqələrimiz Türkiyədə tanınacaq
  15 Mart 2016    Oxunub:2204
Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında bu barədə sənəd imzalanıb.

Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Türkiyənin daxili işlər naziri Efkan Alanın imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş” azərbaycanlı sürücülərin Türkiyədə, türk sürücülərin isə Azərbaycanda rahat hərəkət etməsinə imkan yaradacaq.

AzVision.az


Teqlər:  






Xəbər lenti