Bu günün hava proqnozu

Bu günün hava proqnozu
  16 Mart 2016    Oxunub:2480
Bakıda və Abşeron yarımadasında bu gün arabir yağış yağaçağı gözlənilir, yarmadanın bəzi yerlərində sulu qara keçəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, günün ikinci yarısında yağış tədricən kəsiləcək, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 5-7, Bakıda gecə 3-5, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah arabir yağış yağacağı, arabir sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 1-5, gündüz 6-11 dərəcə isti, dağlarda 3-8 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

AzVision.az


Teqlər:  






Xəbər lenti