Gömrükdə 14 min siqaret tutuldu

Gömrükdə 14 min siqaret tutuldu
  16 Mart 2016    Oxunub:2792
Xaçmaz Gömrük İdarəsinin “Şirvanovka” gömrük postunda Rusiyadan Azərbaycana gələn Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib.
Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən AzVision.az-a verilən məlumata görə, baxış zamanı əl yükündə olan ərzaq məhsullarının arasından 14 min 200 ədəd “NZ Gold” markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:






Xəbər lenti