Ləmbəranski və Əsədov prokuror təyin edildi

Ləmbəranski və Əsədov prokuror təyin edildi
  16 Mart 2016    Oxunub:11744
Bakının iki rayonuna yeni prokuror təyin edilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Pirallahı rayon prokuroru, Səbail rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Natiq Əsədov isə Səbail rayon prokuroru vəzifəsinə təyin ediliblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci ildə Pirallahı rayonunun, 2013-cü ildə isə Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Pirallahı rayon prokuroru təyin olunmuş İ. Ləmbəranski bir sıra səs-küylü cinayət işinin istintaqını aparıb.

AzVision.az


Teqlər:  






Xəbər lenti