Bakıda yaşayış binasında yanğın

Bakıda yaşayış binasında yanğın
  16 Mart 2016    Oxunub:1525
Bakıda yaşayış binasında yanğın olub.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda yeddimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 38 kvadrat metr olan 2 otaqlı mənzilin 1 otağında divan, kreslo və televizor yanıb.

Yanğın zamanı iki nəfər xəsarət alıb. Yanğından mənzilin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:






Xəbər lenti