Ermənilər Azərbaycan kəndini gülləbaran etdi - VİDEO

Ermənilər Azərbaycan kəndini gülləbaran etdi - VİDEO
  17 Mart 2016    Oxunub:2763
Bayram günlərində gülləbaran halları daha tez-tez baş verir.
Ermənistan silahlı qüvvələri Tapqaraqoyunlu kəndini avtomat və pulemyotlardan intensiv atəşə tutublar. Düşmənin açdığı atəş nəticəsində kənd orta məktəbinə ciddi ziyan dəyib. Təhsil ocağının pəncərələri sınıb, dam örtüyü zədələnib.

Gülləbaran gecə saatlarında, uşaqların məktəbdə olmadığı vaxtda baş verdiyindən xəsarət alan olmayıb. Kənddəki yaşayış binaları da gülləbarana məruz qalıb. Pəncərə şüşələri sınıb, evlər dağılıb, dam örtüklərinə zərər dəyib. İnsan tələfatı və xəsarət alan yoxdur.

Son günlər, xüsusilə də bayram ərəfəsində atəşkəs rejiminin tez-tez pozulmasına baxmayarq kənd sakinləri düşməndən qorxmadığını və kənddə həyatın öz axarı ilə getdiyini deyirlər. (Region tv)




Teqlər:  






Xəbər lenti