Qaraçuxurda su olmayacaq

Qaraçuxurda su olmayacaq
  17 Mart 2016    Oxunub:3389
Bakı şəhəri Suraxanı rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar Qaraçuxur qəsəbəsinə içməli suyun verilməsi dayandırılıb.
“Azərsu” ASC ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən xəbərə görə, bununla əlaqədar 17 mart 2016-cı il tarixdə gün ərzində Qaraçuxur qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaqdır.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az




Teqlər:  






Xəbər lenti