Mirqədirov həbsinə görə xarici qüvvələri ittiham etdi
“Həbsim Azərbaycana qarşı çıxan xarici dövlətlərin genişmiqyaslı təxribatının tərkib hissəsidir”-deyə R.Mirqədirov vurğulayıb.
Qeyd edək ki, bu gün hakim Abid Abdinbəyovun sədrliyi ilə qapalı keçirilən prosesdə jurnalistə 5 il şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R.Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


