Prezidentin əfv etdiyi əcnəbilər kimlərdir? - SİYAHI

Prezidentin əfv etdiyi əcnəbilər kimlərdir? - SİYAHI
  17 Mart 2016    Oxunub:3856
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Ölkə başçısının imzaladığı sərəncamla bir sıra tanınmış şəxslər və əcnəbi vətəndaşlar həbsdən azad edilib.
AzVision.az xəbər verir ki, əfv sərəncamına 16 əcnəbi məhbusun adı salınıb.

Abdulsalamov Alimurad Maqomedaliyeviç, 1986-cı ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Qusar rayon məhkəməsinin 2015-ci il 7 aprel tarixli hökmü ilə məhkum edilib.

Baqaturi Zurab Rajdenoviç, 1959-cu ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Ağdaş rayon məhkəməsinin 2015-ci il 1 may tarixli hökmü ilə məhkum edilib.

Bassin Vladislav Mixayloviç, 1964-cü ildə anadan olmuş, İsrail Dövlətinin vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 11 dekabr tarixli hökmü ilə məhkum edilib.

Bibin Sergey Nikitoviç, 1962-ci ildə anadan olmuş, Ukrayna vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 2 may tarixli hökmü ilə məhkum edilib.

Əliyev Ramis Qurban oğlu, 1984-cü ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 29 yanvar tarixli hökmü ilə məhkum edilib.

Əlizehi Bəşir Seid, 1988-ci ildə anadan olmuş, Əfqanıstan İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2012-ci il 12 dekabr tarixli hökmü ilə məhkum edilib.

Faridjafarnezhad Alireza Hossein, 1981-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2014-cü il 21 yanvar tarixli hökmü ilə məhkum edilib.

Joudi Heragh Alireza Yaghoub, 1977-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2013-cü il 4 iyun tarixli hökmü ilə məhkum edilib.

Khodjayeva Mastura Urakovna, 1968-ci ildə anadan olmuş, Özbəkistan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2009-cu il 13 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Qaşimova Zuxra Kamalovna, 1967-ci ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Xaçmaz rayon məhkəməsinin 2014-cü il 29 may tarixli hökmü ilə məhkum edilib.

Mofatesh Janali Hossein, 1965-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2013-cü il 2 dekabr tarixli hökmü ilə məhkum edilib.

Novruzov Ələddin Məmməd oğlu, 1964-cü ildə anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhəri Səbail rayon məhkəməsinin 2014-cü il 30 iyun tarixli hökmü ilə məhkum edilib.

Rouzdar Omıd Ghorban, 1981-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2014-cü il 31 mart tarixli hökmü ilə məhkum edilib.

Shojae Ahmad Nasrolah, 1968-ci ildə anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, Biləsuvar rayon məhkəməsinin 2014-cü il 2 dekabr tarixli hökmü ilə məhkum edilib.

Takidze Roland Pridonoviç, 1961-ci ildə anadan olmuş, Gürcüstan vətəndaşı, Qazax rayon məhkəməsinin 2014-cü il 22 oktyabr tarixli hökmü ilə məhkum edilib.

Yaman Gökhan İsmail oğlu, 1984-cü ildə anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, Yardımlı rayon məhkəməsinin 2015-ci il 21 avqust tarixli hökmü ilə məhkum edilib.


AzVision.az


Teqlər:  






Xəbər lenti