Nazirlik təkzib etdi: 170 min rüşvət verən şəxs müəllim deyil
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsilin İdarəolunmasının Məlumat Sistemində Eynur Kərimov adlı vətəndaşın respublikanın ümumtəhsil məktəblərinin hər hansı birində müəllim işləməsi barədə məlumat aşkar edilməyib.
Qeyd edək ki, vəkil Adəm Məmmədov mətbuata açıqlamasında Eynur Kərimovun hazırda da müəllim kimi fəaliyyətini davam etdirdiyini bildirmişdi.
Xatırladaq ki, Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


