Azərbaycanda xüsusi iqtisadi zona yaradılır
AzVision.az-ın məlumatına görə, İqtisadiyyat Nazirliyinə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə altı ay müddətində Ələtdə yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla, azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı təkliflərini müvafiq məlumatlarla birlikdə prezidentə təqdim etmək, habelə beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, Azərbaycanda xüsusi iqtisadi zonalara dair qanunvericiliyin təkmilləşdirilməsi, sərəncamın 1.1-ci bəndində qeyd olunmuş zonanın yaradılmasının iqtisadi əsaslandırılması, inkişaf konsepsiyası, infrastrukturu və idarə olunması, eləcə də zonada həyata keçiriləcək sahibkarlıq fəaliyyətinin növləri və onların xüsusiyyətləri ilə bağlı təkliflərini prezidentə təqdim etmək tapşırılıb.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


