Şura və Komitəyə yeni səlahiyyət verildi - Fərman

Şura və Komitəyə yeni səlahiyyət verildi - Fərman
  17 Mart 2016    Oxunub:2517
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
AzVision.az xəbər verir ki, əsasnaməyə aşağıdakı məzmunda 2.4.7-2-ci yarımbənd əlavə edilib:

“2.4.7-2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı”nda göstərilmiş qurumlar tərəfindən Azərbaycan Respublikasının hüquqi şəxsləri olan qeyri-hökumət təşkilatlarına verilən qrantlar vasitəsilə maliyyələşdirilməsi nəzərdə tutulan mövzuları qiymətləndirir və bu qrantlara dair rəylər verir;”.

Eyni zamanda Prezident İlham Əliyev “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” fərmana aşağıdakı məzmunda 2.1-2-ci bənd əlavə edilib.

“2.1-2. həmin Qanunun 5.4.9-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həyata keçirir”.

AzVision.az


Teqlər:  






Xəbər lenti