İcra başçısı və deputat təltif edildi

İcra başçısı və deputat təltif edildi
  17 Mart 2016    Oxunub:3973
Prezident İlham Əliyev millət vəkili Mixail Zabelinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli fəal iştirakına görə Mixail Yuryeviç Zabelin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.

Bundan başqa Prezident İlham Əliyev Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə Bayram Əsəd oğlu Səfərov “Şöhrət” ordeni ilə təltif edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti