Kameraya gündə bir dəfə düşə bilərsiniz

Kameraya gündə bir dəfə düşə bilərsiniz
  18 Mart 2016    Oxunub:6233
Kəmər bağlamayan sürücülərin addımbaşı cərimələnə bilməsi məsələsinə aydınlıq gətirilib.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, Yeni İnzibati Xətalar Məcəlləsində sürücünün təhlükəsizlik kəmərindən istifadə etməməsinə görə, elektron protokol (MMX protokol) tərtib olunması nəzərdə tutulur.

Ortaya sual çıxır ki, sürücü hər kamera qarşısından keçəndə, protokol yazılacaqmı?

Ekspertin sözlərinə görə, yeni dəyişikliyə əsasən, eyni sürücüyə kəmərlə bağlı bir gündə yalnız bir elektron protokol tərtib edilə bilər:

“Amma həmin sürücüyə DYP əməkdaşı yerində saxlamaqla kəmərə görə məhdudiyyətsiz sayda protokol (cərimə) yaza bilər. Bu dəyişikliyi bəyənmirəm. Kəmər həmişə bağlı olmalıdır. Kəməri bağlamayan sürücünü isə hər addımda cərimələmək lazımdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti