Spiker əfvə görə prezidentə təşəkkür etdi

Spiker əfvə görə prezidentə təşəkkür etdi
  18 Mart 2016    Oxunub:2316
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.
AzVision.az xəbər verir ki, iclası MM sədri Oqtay Əsədov açıq elan edib.

Spiker prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamına münasibət bildirib. O.Əsədov qeyd edib ki, əfv sərəncamını imzalamaqla prezident böyük humanistlik göstərib.

`Bayramqabağı 148 ailəni sevindirdiyi üçün cənab prezidentə parlament adından təşəkkür edirik`-deyə spiker qeyd edib.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti