QHT Koalisiyasının problemləri həll olunur
Bu sözlər Mədən Sənayesində Şəffafığın Artırılması QHT Koalisiyasının yaydığı bəyanatdandır. Koalisiyanın rəhbəri Əliməmməd Nuriyevin verdiyi məlumata görə, sənəddə deyilir ki, Azərbaycan hökuməti QHT-lərin üzləşdikləri problemlərin çevik həllinə yardım göstərir. QHT qruplarından, assosasiyalarından, bu sahə ilə işləyən müvafiq dövlət qurumlarından gələn siqnallara operativ reaksiya verilir.
Bəyanatda bildirilir ki, bu məsələlərdə Azərbaycan QHT koalisiyalarının xətti ilə beynəlxalq təşkilatlarla əməkdaşlıq nümunə göstərilə bilər: `Belə ki, Mədən Sənayesində Şəffafığın Artırılması QHT Koalisiyasına üzv təşkilatlarla bağlı məhdudiyyətlər götürülüb. Koalisiyaya üzv təşkilatların nümayəndələrinə qarşı qaldırılmış cinayət işləri dayandırılıb. Koalisiya üzvlərinin donorlarla bağladığı bir sıra qrant müqavilələri qeydə alınıb. Koalisiya üzvlərinin fəaliyyətini mürəkkəbləşdirən digər maneələr aradan qaldırılıb.
Bu addımlar və qəbul edilən qərarlar Azərbaycan hökumətinin vətəndaş cəmiyyətinin inkişafı və möhkəmləndirilməsi işinə sadiqliyini göstərir və bu məsələlərlə bağlı bir sıra dairələrin narahatlıqlarını aradan qalıdırır.
Bu addımlar Azərbaycan Respublikası maraqları naminə qarşıda duran vəzifələrin həlli üçün səylərin konsolidasiyasına yönəlib.
Mədən Sənayesində Şəffafığın Artırılması QHT Koalisiyası bundan sonra da Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə töhfə verməkdə davam edəcək. Koalisiya bu istiqamətdə Azərbaycan hökuməti, müvafiq dövlət qurumları ilə əməkdaşlığını dərinləşdirməklə, bu sahədə qarşıda duran vəzifələrin daha səmərli yerinə yetirilməsi üçün çalışacaq`.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


