`İmkan vermərik ki, kimsə bizim işimizə qarışsın` - İlham Əliyev

`İmkan vermərik ki, kimsə bizim işimizə qarışsın` - İlham Əliyev
  19 Mart 2016    Oxunub:3869
Biz heç bir ölkənin daxili işinə qarışmırıq, heç bir avantüraya qoşulmuruq, öz işimizlə məşğuluq, öz ölkəmizi inkişaf etdiririk, xalqımızın rifahını təmin edirik. Əlbəttə, heç vaxt imkan verməmişik və verməyəcəyik ki, kimsə bizim daxili işimizə qarışsın. Çünki Azərbaycan xalqı öz taleyinin sahibidir.

Prezident İlham Əliyev bu fikirləri Novruz bayramı münasibətilə keçirilən ümumxalq şənliyində bildirib.

“Biz ölkəmizin inkişafı, çiçəklənməsi üçün əlimizdən gələni edirik. Bütün Azərbaycan cəmiyyəti vahid ideya, amal uğrunda birləşibdir - ölkəmizi gücləndirək, iqtisadiyyatı inkişaf etdirək, xalqımızın rifah halını daha da yüksəklərə qaldıraq”, - deyə dövlətimizin başçısı qeyd edib.

Prezident vurğulayıb ki, bütün beynəlxalq məsələlərlə bağlı bizim prinsipial mövqeyimiz var və bu mövqeyə heç bir kənar qüvvə təsir edə bilməz. Biz ədalətin, beynəlxalq hüququn, əməkdaşlığın tərəfdarıyıq. Biz heç vaxt imkan verməmişik, vermirik və verməyəcəyik ki, Azərbaycan başqa dövlətlərin maraqlarını təmin etmək üçün qarşıdurma məkanına çevrilsin. Əksinə, Azərbaycan əməkdaşlıq məkanıdır. Biz bölgədə sabitləşdirici, barışdırıcı rol oynayırıq. Bizə olan hörmət getdikcə artır. Çünki bizim sözümüzlə əməlimiz birdir. Biz prinsipial mövqe nümayiş etdiririk.

AzVision.az


Teqlər:  






Xəbər lenti