3 nömrəli marşrut xəttinin istiqaməti dəyişildi
““BakuBus”a məxsus 3 saylı marşrut xəttinin son dayanacağı Azadlıq prospekti metro stansiyasının önü yox, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə Dərnəgül metro stansiyasının önü olacaq. Qeyd edək ki, 3 saylı marşrut xətti hərəkət trayektoriyasının dəyişdirilməsi səbəbilə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək. Dəyişiklik martın 25-dən icra olunacaq”.
AzVision.az
Teqlər: