Şəhid hərbçimiz dəfn olundu

Şəhid hərbçimiz dəfn olundu
  26 Mart 2016    Oxunub:2201
Cəbhə xəttində şəhid olan kiçik çavuş Abbaszadə Elşad Raquf oğlu doğulduğu Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub.
Erməni kəşfiyyat-diversiya qrupunun hücumunu dəf edərkən şəhid olan E. Abbaszadənin dəfn mərasimində Müdafiə Nazirliyinin yüksək çinli zabitləri və rayon icra hakimiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə kiçik çavuş E.Abbaszadə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalla təltif edilib.


Teqlər:  






Xəbər lenti